Azərbaycanda pul kütləsi artıb

Azərbaycanda pul kütləsi artıb
# 11 yanvar 2017 09:13 (UTC +04:00)

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2016-cı il dekabrın 1-nə 20 271,9 mln. manat, təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 827,4 mln. manat və ya 16,2% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda oktyabr ayı ilə müqayisədə cari ilin noyabr ayında geniş mənada pul kütləsi 149,3 mln. manat və ya 0,7% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 1 892,4 mln. manat və ya 21% artaraq 2016-cı il dekabrın 1-nə 10 942,4 mln. təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR