Zaqatalada 52 yaşlı kişi özünü asıb

Zaqatalada 52 yaşlı kişi özünü asıb
# 10 yanvar 2017 09:34 (UTC +04:00)

Zaqatalada kişi özünü asaraq, intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 08:30 radələrində rayonun Aşağı Tala kəndində kənd sakini, 1965-ci il təvəllüdlü Eldar Həsən oğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə aşkarlanıb. İki övlad atası olan E. Ramazanovun həyatına qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR