Gömrükçülər tərəfindən pirotexniki vasitə aşkar olunub

Gömrükçülər tərəfindən pirotexniki vasitə aşkar olunub
# 05 mart 2018 11:00 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21013" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, baxış zamanı, avtomobilin qabaq buferinin altında gömrük nəzarətindən gizlədilən, hər birinin içində 60 ədəd olmaqla 30 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR