Tbilisidə “Şərq tərəfdaşlığı” sammitinin yekunları müzakirə olunub - FOTOSESSİYA

Tbilisidə “Şərq tərəfdaşlığı” sammitinin yekunları müzakirə olunub - <span style="color: red;">FOTOSESSİYA
# 03 dekabr 2017 12:47 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin parlament nümayəndələrinin işçi görüşü keçirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, görüşdə Gürcüstan, Azərbaycan, Belarus, Moldova, Ermənistan və Ukrayna parlamentlərinin komitə sədrləri, Baltikyanı ölkələrin rəsmi nümayəndələri noyabrın 24-də Brüsseldə keçirilmiş “Şərq tərəfdaşlığı” sammitinin nəticələrini qiymətləndirib və gələcək planları müzakirə ediblər.

Görüş Latviya seymi və bu ölkənin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Azərbaycanı tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil edib.

Qeyd edək ki, sabah Tbilisidə “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq parlament konfransı keçiriləcək. Tədbirdə Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın inkişafı, inteqrasiya proseslərinin gücləndirilməsi, bu sahədə parlamentlərin rolu və digər məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR