Bakıda 21 yaşlı tələbə dəm qazından boğulub

Bakıda 21 yaşlı tələbə dəm qazından boğulub
# 05 dekabr 2019 10:58 (UTC +04:00)

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Mexanika fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Nurlan Akif oğlu Dadaşov kirayə yaşadığı evdən dəm qazından boğularaq ölüb.

Universitetdən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, N. Dadaşov 4-cü kurs tələbəsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR