Tərtərdə xalça emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

Tərtərdə xalça emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb
# 25 iyul 2018 17:44 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Tərtər rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Tərtər rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR