Xosep Qvardiola “Yuventus”la anlaşıb

Xosep Qvardiola “Yuventus”la anlaşıb
# 09 mart 2019 14:02 (UTC +04:00)

İngiltərənin “Mançester Siti” futbol klubunun baş məşqçisi Xosep Qvardiola mövsümün sonunda “şəhərlilər”lə vidalaşacaq. ONA-nın xarici mətbuata istinadən məlumatına görə, 48 yaşlı ispaniyalı mütəxəssis karyerasını İtaliyada davam etdirəcək.
X. Qvardiolanın A seriyasının lideri “Yuventus”la anlaşdığı bildirilir. Müqavilənin maliyyə şərtləri açıqlanmasa da, “Barselona” və “Bavariya” kimi klubları çalışdırmış ispaniyalı ilə 4 illik razılığın əldə olunduğu açıqlanıb. O, bu postda Massimiliano Alleqrini əvəzləyəcək.
Qeyd edək ki, X. Qvardiola 2016-cı ildən “Mançester Siti”də işləyir və bu klubla Premyer Liqanın qalibi adına sahib olub. Onun komandası hazırda da İngiltərə çempionatında liderdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR