Ağdaşda avtoqəzada iki nəfər ölüb, polis rəisi xəsarət alıb - YENİLƏNİB

Ağdaşda avtoqəzada iki nəfər ölüb, polis rəisi xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 30 noyabr 2017 10:22 (UTC +04:00)

Ağdaş rayonunda avtomobil qəzası zamanı ölən və xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 11:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Xosrov kəndi ərazisindən keçən hissəsində 90 AP 222 dövlət nömrə nişanlı, “Nissan” və 12 BE-706 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağdam rayonundan olan məcburi köçkün və Tərtərdə məskunlaşan 2015-ci il təvəllüdlü Sehirli Cihan Habil qızı, Ağdaşın Ərəb kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Tehranə Allahverdi qızı ölüb.

Qəza nəticəsində Ucar rayon Polis Şöbəsinin rəisi, Qəbələ rayon sakini, 1966-cı il təvəllüdlü Abdıyev Etibar Tofiq oğlu və sürücüsü Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Polis şöbəsinin rəisi, polkovnik Etibar Abdıyevin qollarının sındığı və döş qəfəsinin əzildiyi, sürücüsünün isə yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***

11:22

Bakı-Şamaxı-Yevlax yolunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 11.00 radələrində Ağdaşın Xosrov kəndi ərazisində "Nissan" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.

Xəsarət alanlar Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR