Hacıqabul sakinlərindən 3 kiloqramdan çox narkotik götürülüb

Hacıqabul sakinlərindən 3 kiloqramdan çox narkotik götürülüb
# 29 iyul 2017 10:34 (UTC +04:00)

Hacıqabul rayon sakinlərində 3 kiloqramdan çox narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakinləri Atamalı Rəhmanovdan 1 kiloqram 325 qram, Fuad Əlimərdanovdan 4,669 qram heroin, evinə baxış zamanı isə 1 kiloqram marixuana, əvvəllər məhkum olunmuş Rasim Hidayətovdan 3,373 qram heroin, evinə baxış zamanı isə 1 kiloqram marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR