Xarici dövlətlərə verilən kreditlər üzrə dövlət büdcəsinə daxilolmalar 40% artıb

Xarici dövlətlərə verilən kreditlər üzrə dövlət büdcəsinə daxilolmalar 40% artıb
# 04 iyun 2018 12:39 (UTC +04:00)

Xarici dövlətlərə verilmiş kreditlər üzrə dövlət büdcəsinə daxilolmalar üzrə 2017-ci ilin dövlət büdcəsində 50 mln. 815 min manat proqnoz məbləği müəyyən edilib, il ərzində dövlət büdcəsinə 71 mln. 43 min manat məbləğində vəsait daxil olub ki, bu da müvafiq proqnoz göstəricisindən 20 mln. 228 min manat və ya 39,8% çoxdur.

APA-Economics" xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əks olunub.

Sənəddə qeyd olunub ki, hesabat ilində icra edilmiş məbləğ 2015-ci ilin icra göstəricisindən 52 mln. 417,4 min manat və ya 3,8 dəfə, 2016-cı ilin icra göstəricisindən 16 mln. 843,8 min manat və ya 31,1%, çoxdur. Qeyd olunan mənbə üzrə 2017-ci ildə nəzərdə tutulmuş ödəniş məbləğləri Serbiya üzrə 48 mln. 800 min manat, Gürcüstan üzrə isə 2 mln. 15 min manat müəyyən edilib.

Bu mənbə üzrə faktiki ödənilmiş vəsaitin 68 mln. 906,1 min manatı “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”nun və dövlət büdcəsinin vəsaitlərindən Serbiyaya və 2 mln. 136,9 min manatı isə dövlət büdcəsinin vəsaitlərindən Gürcüstana verilmiş kreditlər üzrə daxilolmalardan ibarət olub.

Hesablama Palatası tərəfindən dövlət büdcəsindən Serbiyaya verilmiş kreditlərin kredit sazişinin şərtlərinə uyğun olaraq ayrılması və xidmət edilməsinin oktyabr 1-i vəziyyətinə təhlili aparılıb. Maliyyə Nazirliyi tərəfindən təqdim edilən məlumatlara əsasən kredit sazişi üzrə əsas borc, % borcu və öhdəlik haqqı üzrə ödənişlər şərtlərə uyğun aparılıb.

2012-2013-cü illərdə Serbiya tərəfindən ödənilən 2 mln. 71 min 221,31 avro öhdəlik haqqı və 2 mln. 860 min 366,5 avro % borcu olmaqla cəmi 4 mln. 931 min 587,81 avro (4 mln. 120 min 972,54 manat) vəsait Təminat Fonduna mədaxil edilib, sonrakı ödənişlərdən Təminat Fonduna heç bir vəsait daxil olmayıb, 2014-2017-ci illərdə ödənilən % borclarından da Təminat Fonduna vəsait daxil olmayıb. Bu illər ərzində Serbiya tərəfindən ödənilmiş faiz borcundan, Fonddan verilmiş 94 mln. 377 min 39,4 avro kreditə görə, 4% illik dərəcə ilə ildə 3 mln. 775 min 81,57 avro olmaqla 2014-2016-cı illərdə 11 mln. 325 min 244,71 avro, 2017-ci ilin 9 ayında 2 mln. 831 min 311,17 avro, cəmi 14 mln. 156 min 555,88 avro vəsait Təminat Fonduna mədaxil edilməli idi.

Serbiya verilmiş kredit vəsaitlərinin bir hissəsinin “Dövlət zəmanəti ilə alınmış borcların Təminat Fondu”ndan verilməsi, habelə Serbiya verilmiş kredit vəsaitlərinin istifadəsinin və geri qaytarılması üzrə öhdəliklərin Hesablama Palatası tərəfindən aparılmış təhlilin nəticəsi Maliyyə Nazirliyi tərəfindən nəzərə alınaraq 2017-ci il ərzində qaytarılmış 35 mln. 88,3 min avro (məzənnəyə əsasən 68 mln. 906,1 min manat) vəsaitin dövlət büdcəsinin sair gəlirlər hissəsindən çıxılaraq Təminat Fonduna bərpa edilməsi üzrə daxilolmalar hissəsinə aid edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR