SOCAR: Rumıniyanın enerji bazarının 10%-nə sahib olmağı planlaşdırırıq

SOCAR: Rumıniyanın enerji bazarının 10%-nə sahib olmağı planlaşdırırıq
# 10 noyabr 2016 14:43 (UTC +04:00)

Noyabrın 9-10-da Buxarestdə “Neft sənayesi icmalı” jurnalı və “Rumıniya Neft Klubu”nun təşkilatçılığı ilə “Rumıniya Neft və Qaz sərgi və konfransı-2016” keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məluamat görə, SOCAR-ın bu ölkədəki “SOCAR Petroleum SA” şirkətinin də iştirak etdiyi tədbirə Rumıniyanın dövlət və hökumət nümayəndələri, neft-qaz sənayesi sahəsində bu ölkədə fəaliyyət göstərən aparıcı xarici şirkətlərin rəhbərləri, iş adamları, enerji sahəsində çalışan mütəxəssis və ekspertlər qatılıblar.

“SOCAR Petroleum SA” şirkətinin baş direktoru Həmzə Kərimov Azərbaycanın zəngin neft tarixi və neft strategiyası barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu oynadığını vurğulayaraq, TANAP və TAP layihələrinin Avropanın enerji xəritəsini dəyişəcəyini qeyd edib. Bildirilib ki, SOCAR artıq dünyada tanınan bir brend kimi beynəlxalq enerji bazarında aparıcı rol oynayır. Regionda bir sıra iri layihələrə imza atmış SOCAR-ın Rumıniyadakı fəaliyyəti barədə də tədbir iştirakçılarına məlumat verilib, paytaxt Buxarest də daxil olmaqla bu ölkənin 17 regionunda SOCAR brendi ilə 34 yanacaqdoldurma məntəqəsinin fəaliyyət göstərdiyi qeyd olunub. Bildirilib ki, şirkət qısa zamanda Rumıniyanın enerji bazarının 10%-nə sahib olmağı planlaşdırır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR