Göygöldə yük avtomobili aşıb, ölən var

Göygöldə yük avtomobili aşıb, ölən var
# 11 may 2018 05:43 (UTC +04:00)

Göygöldə yük avtomobilinin aşması nəticəsində sürücü ölüb. APA-nın qərb bürosunun verdiyi xəbərə görə, qəza Göygöl şəhərindən Toğanalı kəndi istiqamətində gedən yolda baş verib.

Rayon sakini 1994-cü il təvəllüdlü Aydınov Seymurun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR