Qırğızıstan parlamentinin üzvü: "Seçkilər şəffaf və ədalətli keçdi"

Qırğızıstan parlamentinin üzvü: "Seçkilər şəffaf və ədalətli keçdi"
# 12 aprel 2018 07:31 (UTC +04:00)

"Seçkilər şəffaf və ədalətli keçdi".



APA-nın xəbərinə görə, bunu Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Talaybek Masabirov prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

O qeyd edib ki, dünən səsvermə zamanı onlar 10-a yaxın seçki məntəqəsində olublar: "Qanun pozuntuları yox idi, xalqın əhval-ruhiyyəsi yüksək idi. Seçicilər öz iradələrini azad şəkildə ifadə edə bildilər. Seçkilərin keçirilməsi üçün yaxşı şərait yaradılmışdı. Azərbaycan xalqına tərəqqi və sülh arzulayıram. Qırğızıstan Azərbaycan xalqını İlham Əliyevin prezident seçilməsi münasibətilə təbrik edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR