"Azneft" bu il hasil etdiyi neft və qazın həcmini açıqlayıb

"Azneft" bu il hasil etdiyi neft və qazın həcmini açıqlayıb
# 16 noyabr 2017 07:50 (UTC +04:00)

Cari ilin 10 ayı ərzində "Azneft" İstehsalat Birliyinin bütün idarə və struktur birləşmələrində yeni obyektlərin və qurğuların tikintisi, onların istismara verilməsi, hasilatın artırılması, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri üzrə kompleks tədbirlər görülüb.

Qurumdan "APA-Economics"ə verilə məlumata görə, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində "Azneft" üzrə 5 mln. 135,9 min ton neft, 4,34 mlrd. kubmetr qaz hasil edilib.

Yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilmişdir. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, yanvar-oktyabr ayları ərzində "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında 60 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 116 min ton neft hasil edilib.

Ötən on ayda fəaliyyətsiz quyu fondundan 58 quyu nəzərdə tutulduğu halda 92 quyu istismara qaytarılıb. Bu quyulardan 50,3 min ton neft alınıb.

İlin əvvəlindən 537 geoloji tədbir keçirilib, nəticədə 260,6 min ton neft hasil edilib ki, bu da plana qarşı 43 tədbir çox və 86,9 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 37,7 min ton plana qarşı 45,6 min ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR