Əziz Əliyevin 120 illik yubileyi qeyd olunacaq

Əziz Əliyevin 120 illik yubileyi qeyd olunacaq
# 18 noyabr 2016 15:36 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinə Ə. Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Qeyd edək ki, 2017-ci il yanvarın 1-də Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120 illiyi tamam olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR