Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Gəncədə yol qəzası baş verib, xəsarət alan var
# 13 oktyabr 2017 19:57 (UTC +04:00)

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21011” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində bir nəfər sərnişin, 1955-ci il təvəllüdlü Bayramova Gülgəz müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR