Ötən il “Azərikimya” 344 min ton xammal emal edib

Ötən il “Azərikimya” 344 min ton xammal emal edib
# 05 mart 2018 14:24 (UTC +04:00)

2017-ci ildə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində 344,08 min ton xammal emal edilib.

"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabata əsasən, emal edilmiş xam malın 96 min tonu etilen, 48,6 min tonu propilen, 93,2 min tonu polietilen və 110,5 min ton digər qiymətli neft-kimya məhsulları alınıb. EP-300 piroliz qurğusunda olefinlərin faktiki çıxımı 42% təşkil edib.

Metanol zavoduna xammal kimi verilmiş 298,3 mln. kubmetr qazın emalı nəticəsində 265,8 min ton metanol istehsal edilib. Əmtəəlik metanolun 96%-i ixrac edilib, qalan 4% isə daxili bazarda satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR