“Gilan Holding” “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində iştirak edəcək

“Gilan Holding” “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində iştirak edəcək
# 14 may 2018 15:58 (UTC +04:00)

“Gilan Holding” 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində (WorldFood Azerbaijan) və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (CaspianAgro) iştirak edəcək.

APA-Economics” xəbər verir ki, mayın 16-18 tarixlərində keçiriləcək sərgilərdə “Gilan Holding”-in gündəlik tələbat məhsulları və Kənd təsərrüfatı portfelləri həm daxili stend, həm də açıq havada olan pavilyonla təmsil olunacaqlar.

“WorldFood Azerbaijan” sərgisində “Gilan Holding”-in istehsal etdiyi “Jalə” şirələri, “Bağdan” kompotları, mürəbbələri, konservləşdirilmiş məhsulları, “Mia” limonadları, “ImTea” soyuq çayı, “Chipsim Impuls” kartof çipsləri və digər məhsullar nümayiş etdiriləcək. CaspianAgro sərgisində “Gilan Holding”-in istehsalı olan meyvə-tərəvəz, fındıq, çay, xam pambıq və pambıq məhsulları, canlı böyük baş heyvanlar, ət, süd, mal və quş yemi və digər kənd təsərrüfatı məhsulları sərgilənəcək.

“Gilan Holding” bu sərgilərdə mövcud və potensial müştərilərlə görüşməyi, onlara öz geniş çeşidli məhsulları haqqında ətraflı məlumat verməyi və yeni biznes əlaqələri qurmağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR