Çavuşoğlu Ankarada həmsədrlərlə görüşüb

Çavuşoğlu Ankarada həmsədrlərlə görüşüb
# 29 noyabr 2017 14:28 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə M. Çavuşoğlu şəxsi “Twitter” səhifəsində yazıb.

"Həmsədrlərlə Ankarada görüşdüm və Türkiyənin Minsk qrupuna dəstəyini bir daha qeyd etdim", - deyə M. Çavuşoğlu qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR