Mingəçevirdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib

Mingəçevirdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib
# 19 oktyabr 2016 13:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) Mingəçevirdə İcbari Tibbi Sığorta Sisteminin (İTS) tətbiqi ilə əlaqədar tədbir keçirib.

İTSDA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İTSDA direktoru Zaur Əliyev qeyd edib ki, icbari tibbi sığorta hökumətin sosial siyasətinin yeni istiqamətidir. O bildirib ki, Mingəçevirin icbari tibbi sığortada pilot seçilməsi də şəhərin iqtisadi imkanlarına, Azərbaycan iqtisadiyyatında oynadığı rola bağlıdır. Z. Əliyev qeyd edib ki, icbari tibbi sığortanın baza zərfinə təqribən 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir.

Səhiyyə Nazirliyinin nümayəndəsi Viktor Qasımov bildirib ki, İTS-in tətbiqi yeni maliyyə mənbələrinin yaradılmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və pilotun uğurlu nailiyyətlərinin bütün Azərbaycan ərazisində yayılmasına dəstək verəcək.

İTSDA-nın şöbə müdirləri İsa Əliyev və Vüqar Qurbanov əhalinin suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR