Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb
# 11 sentyabr 2017 09:38 (UTC +04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 11-nə keçən gecə Sabunçu rayonu ərazisində İmişli rayon sakini Müşviq Mikayıl idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Malik Rəcəbovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR