ABŞ Türkiyəni İŞİD-lə mübarizədə İraqın suverenliyinə hörmətlə yanaşmağa çağırıb

ABŞ Türkiyəni İŞİD-lə mübarizədə İraqın suverenliyinə hörmətlə yanaşmağa çağırıb
# 14 oktyabr 2016 00:48 (UTC +04:00)

Bakı-APA. ABŞ Türkiyə və İraqı gərginliyə yol verməməyə və ümumi düşmən - terrorçuluqla mübarizə aparmağa çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner deyib. “Həmçinin, İraqın suverenliyinə hörmətlə yanaşılmalıdır”, - deyə Toner qeyd edib.

“Biz tərəfləri İŞİD-ə qarşı səyləri birləşdirməyə və gərginliyə yol verməməyə çağırırıq. Lakin, istənilən addımlar atılarkən İraqın suverenliyinə hörmətlə yanaşılmalıdır və əvvəlcədən rəsmi Bağdadın razılığı alınmalıdır”, - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi Türkiyə ordusunun İraq ərazisində yerləşdirilməsinə münasibət bildirərkən qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR