Çində Azərbaycanın nəqliyyat-tranzit imkanları ilə bağlı təqdimat keçirilib

Çində Azərbaycanın nəqliyyat-tranzit imkanları ilə bağlı təqdimat keçirilib
# 28 fevral 2017 07:32 (UTC +04:00)

Pekində Azərbaycanın Çindəki səfirliyinin təşəbbüsü ilə “Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumu keçirilib.

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Gürcüstanın Pekindəki səfirliklərinin təşkilatçılığı və ev sahibi Çin hökumətinin dəstəyi ilə baş tutan forumda Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Transxəzər nəqliyyat dəhlizinin, o cümlədən Azərbaycanın nəqliyyat-tranzit imkanları təqdim edilib.

QSC-nin strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev forumda təqdimatla çıxış edib. O, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanması, Xəzərdə onun əhəmiyyəti, bölgədə həyata keçirilən irimiqyaslı layihələr, Şərq-Qərb daşımalarında QSC-nin bərə donanmasının mühüm rolundan danışıb. Forum iştirakçılarına “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikiləcək 2 yeni Ro-Pax tipli unikal gəmi-bərələr haqqında məlumat verilib. QSC rəsmisinin təqdimatında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşınan konteynerlər, onların həcmi və proqnozlaşdırılan yük artımına da xüsusi diqqət yetirilib. Maraqla qarşılanan təqdimatdan sonra B2B formatında danışıqlar aparılıb, gələcək biznes imkanları müzakirə edilib.

Forum zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri, təşkilatçı olan digər ölkələr, habelə Çinin nümayəndələri də təqdimatlarla çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR