Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 579 yoluxma halı qeydə alınıb, 50 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 477 264, ölənlərin sayı isə 6 371 nəfərə çatıb. Virusa yoluxanlardan 417 013 nəfərin sağaldığı bildirilir.