İspaniyada sərnişin qatarı qəzaya uğrayıb, azı 30 nəfər yaralanıb

İspaniyada sərnişin qatarı qəzaya uğrayıb, azı 30 nəfər yaralanıb
# 30 noyabr 2017 01:15 (UTC +04:00)

İspaniyanın cənubunda sərnişin qatarı relsdən çıxaraq qəzaya uğrayıb

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində Malaqa-Sevilya marşrutu üzrə hərəkət edən qatarda azı 30 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, yağıntılı hava şəraiti qəzaya səbəb olub. Qəza zamanı qatarda 70 sərnişin olub. Xəsarət alanlar helikopterlərlə xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR