Xalq artisti Rafiq Hüseynov Bakıya gəlib

Xalq artisti Rafiq Hüseynov Bakıya gəlib
# 22 sentyabr 2017 09:17 (UTC +04:00)

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov Bakıya gəlib. Bu barədə APA-ya diktorun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, sentyabrın 21-də gecə saatlarında İstanbuldan Bakıya dönüblər:

“Həkimlər yola çıxmaq üçün icazə verəndən sonra İstanbulda ləngimək istəmədik. İndi Neftçilər Xəstəxanasında yerləşmişik, müalicələri bundan sonra Bakıda aparılacaq. Nitqi və hərəkəti tam bərpa olunmayıb. Ümumi zəifliyi var. Amma inanırıq ki, bir neçə günə bütün çətinliklər geridə qalacaq”.

Qeyd edək ki, R. Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkir. O, İstanbulda bir neçə əməliyyat keçirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR