Muxtar Babayev Misir səfiri ilə görüşüb

Muxtar Babayev Misir səfiri ilə görüşüb
# 11 may 2018 15:02 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim arasında tanışlıq görüşü keçirilib.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Misir arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb. Gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR