Baş konsul Pərviz İsmayılzadə BƏƏ-də təltif olunub

Baş konsul Pərviz İsmayılzadə BƏƏ-də təltif olunub
# 06 fevral 2018 13:30 (UTC +04:00)

Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə xidməti fəaliyyət müddətinin bitməsi, eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsində aparıcı və dinamik peşəkarlığı ilə əlaqədar BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dubay ofisinin direktoru Abdul Rəhman Ğanim Əl Mətyuvi tərəfindən təltif olunub.

APA-nın xəbərinə görə, Abdul Rəhman Ğanim Əl Mətyuvi Pərviz İsmayılzadəni nümunəvi baş konsul və bütün həmkarları arasında ən fəal nümayəndələrdən biri kimi qiymətləndirib.

P. İsmayılzadə minnətdarlıq bildirib, iki ölkə arasında əlaqələrin yüksək səviyyə çatmasından məmnun olduğunu, münasibətlərin hazırkı səviyyəyə çatmasında müəyyən rolu olmasından şərəf duyduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR