Şəmkir sakini bıçaqlanıb

Şəmkir sakini bıçaqlanıb
# 15 yanvar 2017 22:15 (UTC +04:00)

Şəmkirdə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Potanlı kənd sakini 1986-cı il təvəllüdlü Məmmədov Kamran Vahid oğlu sol sarğı nahiyəsinin kəsilmiş deşilmiş yarası və daxili qanaxma diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. K. Məmmədovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR