Libertadores kubokunu qalibi müəyyənləşib

Libertadores kubokunu qalibi müəyyənləşib
# 30 noyabr 2017 07:07 (UTC +04:00)

Cənubi Amerikanın ən güclü komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Libertadores kubokunu Braziliyanın “Qremio” klubu qazanıb.

Finalda Argentina “Lanus”u ilə görüşən braziliyalılar hər iki matçda rəqibini məğlub edib. İlk görüşdə 1:0 hesabı ilə qələbə qazanan “Qremio” cavab matçında da üstün olub – 2:1.

Portu Aleqre təmsilçisi 3-cü dəfə Libertadores kubokunu qazanıb. Bunadək 1983 və 1995-ci illərdə ən yaxşı adına yiyələnən komanda 22 ildən sonra uğurunu bir daha təkrarlayıb.

Qeyd edək ki, bununla da “Qremio” klublararası dünya çempionatına vəsiqə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR