Bakıda qonşusunu balta ilə öldürmək istəyən şəxsə hökm oxunub

Bakıda qonşusunu balta ilə öldürmək istəyən şəxsə hökm oxunub
# 02 mart 2017 08:40 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Pənah Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, P.Əliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Bakı şəhərində qeydə alınıb. P. Əliyev qonşusu Xalid Lətifzadəni balta ilə öldürməyə cəhd edib. Xəstəxanaya çatdırılan X. Lətifzadəni xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR