Son 1 ildə Naxçıvanda qeyri-həyat sığortası üzrə toplanan sığorta tədiyyələrinin həcmi 4,4% artıb

Son 1 ildə Naxçıvanda qeyri-həyat sığortası üzrə toplanan sığorta tədiyyələrinin həcmi 4,4% artıb
# 10 avqust 2015 10:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin 6 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi üzrə hüquqi və fiziki şəxslərlə aparılan məqsədyönlü tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə, ümumilikdə, sığorta tədiyyələrinin toplanması həcmi 4,8%, qeyri-həyat (ümumi) sığortası üzrə sığorta tədiyyələrinin toplanması həcmi 4,4% artıb.

APA-Economics”in məlumatına görə, bu barədə Naxçıvan Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov məlumat verib.

Onun sözlərinə görə, muxtar respublikada 2014-cü ilin 6 ayı ilə müqayisədə 2015-ci ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanılmış müqavilələrin sayı 716, daşınmaz əmlakın icbari sığortası üzrə bağlanılmış müqavilələrin sayı 227, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə bağlanılmış müqavilələrin sayı isə 23 ədəd artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR