Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd edilib

Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd edilib
# 10 noyabr 2016 13:08 (UTC +04:00)

Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyini və Türkiyə Cümhuriyyətinin 93-cü ildönümünü qeyd ediblər.

Diasporla İş Üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Nyu-York Azərbaycan Amerika Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirdə Nyu-Yorkda yaşayan azərbaycanlılar, türklər və digər türkdilli xalqların təmsilçiləri, iş adamları, ictimai xadimlər iştirak ediblər.

Təşkilatın sədri Zöhrə Şərifi Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verib, ölkəmizin bu 25 ildə keçdiyi inkişaf yolu, qısa vaxt ərzində bir çox sahələrdə, eləcə də diaspor sahəsində əldə etdiyi uğurlardan bəhs edib. Z. Şərifi qeyd edib ki, cəmi 25 illik tarixə malik olan Azərbaycan diasporu Azərbaycanın tanıdılması istiqamətində böyük işlər görüb.

Nyu-York Azərbaycan Amerika Mədəniyyət Mərkəzi Türkiyə Respublikasının müstəqilliyinin 93-cü ildönümünə həsr olunmuş rəsmi mərasimdə də təmsil olunub. Dövlət rəsmiləri, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Mərkəzin rəhbəri Z. Şərifi də çıxış edib.

Qeyd edək ki, 30 ildir Nyu-Yorkda yaşayan Z. Şərifi Nyu-York Azərbaycan Amerika Mədəniyyət Mərkəzinin rəhbəri, eyni zamanda Türk Amerikan Dərnəkləri Federasiyasının vitse-prezidentidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR