Avropa Liqasının finalı İstanbulda keçirilə bilər

Avropa Liqasının finalı İstanbulda keçirilə bilər
# 26 yanvar 2017 10:53 (UTC +04:00)

Avropa Liqasının final qarşılaşması Türkiyədə oynanıla bilər. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası (TFF) bununla bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıb.

Türkiyə tərəfi 2018-19 mövsümündə Avroliqanın final qarşılaşmasının “Beşiktaş”a məxsus olan “Vodafon Arena”da təşkil edilməsini istəyir. İstanbul klubunun da razılığını alan TFF qitə futbol qurumuna məktub göndərib.

Qeyd edək ki, 2005-ci ildə “Atatürk Olimpiya” stadionunda “Liverpul”la “Milan” arasında Çempionlar Liqasının, 2009-cu ildə isə “Şükrü Saraçoğlu” stadionunda “Şaxtyor”la “Verder” arasında UEFA Kubokunun (indiki Avropa Liqasının) finalı keçirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR