Prokuror Odlar Yurdu Universitetinin müəlliminə cəza istəyib

Prokuror Odlar Yurdu Universitetinin müəlliminə cəza istəyib
# 28 avqust 2017 11:28 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Nəcəfov və Hüseynağa Əsədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edib. O, C. Nəcəfovun 12 il, H. Əsədovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses avqustun 31-də davam etdiriləcək.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunur. Onlardan C. Nəcəfov barəsində həbs qətimkan tədbiri seçilsə də, H. Əsədov zamindədir.
H. Əsədov Odlar Yurdu Universitetinin müəllimi olub. Onların universitetə tələbə düzəltmək adı ilə dələduzluq etdikləri bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR