Gürcüstanın iki müxalifət partiyası Tbilisi meri vəzifəsinə vahid namizəd irəli sürüb

Gürcüstanın iki müxalifət partiyası Tbilisi meri vəzifəsinə vahid namizəd irəli sürüb
# 21 avqust 2017 11:13 (UTC +04:00)

Gürcüstanın müxalif Demokratik Hərəkat və Azad Gürcüstan partiyaları paytaxt meri vəzifəsinə vahid namizəd irəli sürüb.

APA-nın yerli bürosunun məlumatına görə, irəli sürülən namizəd Azad Gürcüstan partiyasının sədri Kaxa Kukavadır. Demokratik Hərəkat Partiyasının sədri Nino Burcanadze mətbuat konfransında yerli seçkilər öncəsi vacib qərar qəbul olunduğunu deyib: “Yalnız vahid namizəd ikinci tura keçə bilər. Təəssüf ki, digər müxalifət partiyaları vahid namizəd məsələsindən imtina etdi”.

Bununla Tbilisi meri vəzifəsinə namizədlərin sayı yeddiyə çatıb.

Qeyd edək ki, Tbilisi meri postuna hakim Gürcü Arzusu Partiyası keçmiş energetika naziri Kaxa Kaladzenin, müxalif Vahid Milli Hərəkat Partiyası jurnalist Zaal Udumaşvilinin, müxalif Avropalı Gürcüstan Partiyası Yelene Xoştariyanın və Quruculuq Hərəkatı Partiyası Tengiz Şerqelaşvilinin, Vətənpərvərlər Alyansı Partiyası isə parlamentin vitse-spikeri İrma İnaşvilinin namizədliyini irəli sürüb. Oktyabrda keçiriləcək seçkilərdə müstəqil namizəd Aleko Elisaşvili də mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR