BMT baş katibi: “İŞİD taktikasını dəyişir”

BMT baş katibi: “İŞİD taktikasını dəyişir”
# 07 fevral 2017 02:14 (UTC +04:00)

İŞİD terror təşkilatı ilə mübarizə son zamanlar müsbət nəticələr verir, lakin terror aktlarının törədilmə təhlükəsi hələ də yüksəkdir.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Antoniu Quterreş bəyan edib.

Onun sözlərinə görə, İŞİD getdikcə terror fəaliyyətini münaqişə regionlarından kənara, digər ölkələrin ərazilərinə köcürür.

“İŞİD taktikasını dəyişir, terrorçular müxtəlif dövlətlərdəki özəklərindən istifadə edir. Bu səbəbdən xüsusilə hava limanlarında, təyyarələrdə terror təhlükəsi olduqca yüksəkdir. Terrorçular sıralarına yeni üzvləri cəlb etmək, tərəfdarları ilə əlaqə yaratmaq üçün fəal şəkildə müxtəlif saytlar və sosial şəbəkələrdən istifadə edirlər. İŞİD maliyyə vəsaitlərinin 80%-i neft və qaz satışı, eləcə də şantaj və reketlə məşğul olmaqla əldə edir”, deyə Antoniu Quterreş bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR