Ağstafa sakinini ilan sancıb

Ağstafa sakinini ilan sancıb
# 21 iyul 2018 08:17 (UTC +04:00)

Ağstafa rayonunda ilan sancması hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köçəskər kənd sakini, 1979-cu il təvəllüdlü Sərdarova Leyla Söhbət qızı yaşadığı evin həyətində gəzərkən ilan onun sağ ayağından sancıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR