Zaqatalada 80 yaşlı kişi yanaraq ölüb

Zaqatalada 80 yaşlı kişi yanaraq ölüb
# 20 fevral 2017 13:16 (UTC +04:00)

Zaqatalada yanğın olub.

APA-nın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən evlərdən birində qeydə alınıb. Ümumi sahəsi 56 kv/m olan tikilidə baş verən yanğın söndürüldükdən sonra sobanın üstündən yanmış kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1937-ci il təvəllüdlü Rəsul Musa oğlu Musayev olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR