Naxçıvanın sabiq milli təhlükəsizlik nazirinin qardaşı həbs edilib

Naxçıvanın sabiq milli təhlükəsizlik nazirinin qardaşı həbs edilib
# 14 oktyabr 2016 11:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun qardaşı Əli Ələsgərov həbs edilib.

APA-nın məlumatına görə, Əli Ələsgərovun barəsində Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun vergi borcuna görə həbs edildiyi bildirilir.

Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə V. Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR