Türkiyəli iş adamları Ələt azad ticarət zonasına maraq göstərir

Türkiyəli iş adamları Ələt azad ticarət zonasına maraq göstərir
# 18 iyul 2017 12:51 (UTC +04:00)

Türkiyəli iş adamları Ələt qəsəbəsində yaradılacaq azad ticarət zonasına maraq göstərir.


"APA-Economics" xəbər verir ki, bunu Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkci bugünkü mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, azad ticarət zonasına investisiya yatıracaq ilk şirkətlər də məhz Türkiyə şirkətləri olacaq.


"Daşımaçılıq sahəsində fəaliyyət göstərən türkiyəli şirkətlərin Azərbaycanı dəhliz olaraq seçməsi çox önəmlidir", - deyə nazir qeyd edib.


Türkiyənin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə böyük önəm verdiyini deyən nazir əlavə edib ki, bu layihə qədim "İpək yolu"nu yenidən canlandıracaq.


"Biz "İpək yolu"nu canlandırmaq və bu dəhliz üzərində yerləşən ölkələr arasında ticarətin həcmini artırmaq baxımından layihənin gücünü bilirik. Azərbaycanı yeganə strateji tərəfdaş olaraq görürük. Əbəs yerə deyil ki, Türkiyə Azərbaycana birbaşa investisiya yatıran ölkələr siyahısında ilk sıralarda yer alıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR