Hacıqabul sakininin evindən tapança tapılıb

Hacıqabul sakininin evindən tapança tapılıb
# 07 aprel 2018 09:36 (UTC +04:00)

Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edən Nəvahı qəsəbə sakini Z. Əhmədova mart ayının 25-dən aprelin 5-dək olan müddətdə evinin həyətindən qaynaq aparatı, 90 metr elektrik kabeli və inşaat materiallarının oğurlandığını bildirib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Zeynalov olduğu müəyyən edilib. V. Zeynalovun evində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı oradan Naqan tipli tapança da aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR