Bakıda mənzildə 76 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildə 76 yaşlı qadının meyiti tapılıb
# 17 iyul 2018 13:12 (UTC +04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada 1942-ci il təvəllüdlü Peolojençevo Raisa İvanovnanın meyitini aşkarlayıblar.

Meyit aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR