Bu ilin iki ayında “Azərkosmos” 2,3 mln. dollar gəlir əldə edib

Bu ilin iki ayında “Azərkosmos” 2,3 mln. dollar gəlir əldə edib
# 06 aprel 2018 13:31 (UTC +04:00)

2018-ci ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 17 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib.

"APA-Economics"ə verilən məlumata görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin mart ayı üçün sayında qeyd olunub ki, bu ilin iki ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 2,3 mln. ABŞ dolları məbləğində gəlir əldə edib.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79%-ni təşkil edib.

“Azərkosmos” ASC-nin 2018-ci ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR