Sabirabad sakini həmyerlisini qətlə yetirib

Sabirabad sakini həmyerlisini qətlə yetirib
# 24 avqust 2015 11:49 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Sabirabadda qətl hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də Sabirabad rayonunun Qalağayın kəndində kənd sakini Xəqani Miriyev münaqişə zəminində həmkəndlisi Ənvər Abdullayevə bıçaqla xəsarət yetirib. Ə.Abdullayev hadisə yerində ölüb.

X.Miriyev könüllü olaraq Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR