Sabah Bakıda mülayim cənub küləyi əsəcək, 29-31 dərəcə isti olacaq - VİDEO

Sabah Bakıda mülayim cənub küləyi əsəcək, 29-31 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 20 iyul 2015 09:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakı və Abşeron yarımadasında iyulun 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

İyulun 21-də bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR