Bakı sakinini hədələyib pul almaq istəyən şəxs saxlanılıb

  Bakı sakinini hədələyib pul almaq istəyən şəxs saxlanılıb
# 22 avqust 2015 16:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinini hədələyib pul almaq istəyən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Məhəmməd Mütəllimzadə həmyerlisi L. Abdullayevanı barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1500 manat alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR