Qara dənizdə göyərtəsində azərbaycanlıların da olduğu gəmi qəzaya uğrayıb

Qara dənizdə göyərtəsində azərbaycanlıların da olduğu gəmi qəzaya uğrayıb
# 01 fevral 2018 07:17 (UTC +04:00)

Qara dənizdə, Krım yaxınlığında Moldovaya məxsus quru yük gəmisi qəzaya uğrayıb.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində gəminin korpusu zədə alıb. Gəmidə olan 12 heyət üzvü evakuasiya edilib.

Regionun təcili yardım xidmətindən agentliyə verilən xəbərə görə, gəminin ekipajl Ukrayna və Azərbaycan vətəndaşlarından ibarətdir.

Hadisənin detalları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR