Dövlət Gömrük Komitəsinin sədri Qubada vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Qubada vətəndaşları qəbul edib
# 24 fevral 2017 10:26 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri A.Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR