Ermənistan prezidenti:Rusiyanın Azərbaycana silah satması Rusiya-Ermənistan münasibətlərin ən ağrılı tərəfidir

Ermənistan prezidenti:Rusiyanın Azərbaycana silah satması Rusiya-Ermənistan münasibətlərin ən ağrılı tərəfidir
# 17 iyul 2017 11:43 (UTC +04:00)

Rusiyanın Azərbaycana silah satması Rusiya-Ermənistan münasibətlərin ən ağrılı tərəfidir. APA-nın “ armenpress”-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Serj Sarqsyan deyib. Onun qənaətinə görə, “bu problem - Ermənistan-Rusiya dostluğunun, Ermənistan-Rusiya hərbi əməkdaşlığın ən ağrılı tərəfidir.”

“Bu məsələ bir çox şeyin üstünə kölgə atır. Digər tərəfdən isə bəzi məqamlar var ki, bizim üçün qəbuledilməz, onlar üçün isə qəbul edilən sayıla bilər. Hələ ki, ciddi bir şey baş verməyib. Əgər hansı bir məqamda bu ağır fəsadlara gətirib çıxaracaq o zaman ittiham etmək olar. Yox əgər ağır fəsadlar olmayacaq, o zaman biz bunun Rusiyanın regionda vəziyyəti sabitləşdirmək üçün uzun müddətli siyasi fəaliyyəti kimi qəbul etməliyik. “

S.Sarqsanın sözlərinə görə, Rusiya ilə hərbi əməkdaşlığa son qoyulması yaxud onun azaldılması çox kəskin ağır vəziyyətə gətirib çıxara bilər.

“Bizə deyirlər əməkdaşlıq etdiyin tərəfləri yenidən nəzərdən keçirin, kimi nəzərdən keçirək? Türkiyə ya NATO-nu ? Onlar bizi bəyəm böyük məmnuniyyətlə gözləyir? Ya biz hamı ilə vuruşuruq, ya hamıya deyirik ki, Azərbaycana kömək edirsiniz və biz bütün dünyaya qarşı tək qalırıq,” –deyə Ermənistan prezidenti söyləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR